Koronavirusdan ölənlərin sayı durmadan artır

Dünya

09.02.2020 - 09:26

Həkimlər Klinikalar SEO Xidməti

Virusa yoluxanların sayı 27,1 min nəfərə çatıb

 

Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı 803 nəfərə çatıb.

 

AYNA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Regional Səhiyyə Komitəsi məlumat yayıb.

 

Məlumata görə, virusa yoluxanların sayı 27,1 min nəfərə çatıb. Daha 1,4 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

 

Qeyd edilir ki, Uxanda sutka ərzində virusa 1379 yeni yolxuma hadisəsi baş verib. Vilayət üzrə xəstələrin ümumi sayı 2147 nəfərdir.

 

Çinin hakimiyyət orqanları 2019-cu ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Uxan şəhərində naməlum pnevmaniya barədə məlumat veriblər. Mütəxəssislər yeni xəstəliyin 2019-nCoV koronavirusu tərəfindən törədildiyini müəyyənləşdiriblər.

 

ÜST xəstəliyin yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş