Amazon meşələrində məskunlaşan Yanomami qəbiləsində COVID-19 aşkarlanıb
Dünyada 1.5 milyon nəfərdən çox insanı caynağına alan koronavirusa, bu dəfə Braziliyanın Amazon meşələrində rast gəlinib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Amazon meşələrində məskunlaşan Yanomami qəbiləsində COVID-19 aşkarlanıb.
Xəstənin 15 yaşlı bir yeniyetmə olduğu və Roraima əyalətinin mərkəzi Boa Vista şəhərindəki xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Braziliyanın Səhiyyə naziri Luiz Henrique Mandetta keçirdiyi mətbuat konfransında durumun ciddi olduğunu vurğulayıb: “Bu gün Yanomami qəbiləsində koronavirusa yoluxma hadisəsini təsdiq etdik. Xarici aləmlə az təmasda olan icmalar üçün də artıq daha ehtiyatlı olmalıyıq”.