Koronavirus barədə yalan məlumat yayanlar ömürlük həbsə məhkum ediləcəklər

Dünya

08.04.2020 - 14:41

Həkimlər Klinikalar SEO Xidməti

“Yalan məlumatlar yayılmasının qarşısını almaq üçün sərt tədbirlərə ehtiyac var”

 

Avstraliyada koronavirusla mübarizə tədbirləri artırılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, artıq bu ölkədə koronavirus barədə yalan məlumat yayanlar ömürlük həbs cəzasına məhkum ediləcəklər.

 

Avstraliyanın Səhiyyə naziri Greq Hunt bildirib ki, ölkədə Covid-19 barədə yalan məlumatlar yayıldığı üçün bir tibb işçisi dünyasını dəyişib: “Bunun qarşısını almaq üçün sərt tədbirlərə ehtiyac var. Son zamanlar ölkədə səhiyyə işçilərinə edilən hücumlar da artıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, koronavirusla bağlı qəsdən yalan məlumatların yayılması hər ştatda baş verib. Təbii ki, bu, cinayətdir. Əgər bu məlumatlar tibb işçilərinin ölümünə səbəb olsa, məlumatları yayanlar ömürlük həbs cəzasına məhkum oluacaqlar”.

 

Qeyd edək ki, Avstraliyada bu günə qədər 6 mindən çox insan koronavirusa yoluxub. Onlardan 50-si dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş