Jurnalist koronavirusdan vəfat edib

Dünya

24.03.2020 - 14:20

Həkimlər Klinikalar SEO Xidməti

O, xəstəxanaya gələndə müalicə üçün artıq gecikibmiş

 

Dünyada koronavirusun yayıldığı ölkələr sırasına Zimbabve də daxil oldu. Ölkədə ilk virusa yoluxma və ölüm faktı qeydə alınıb. Covid-19-un ilk qurbanı ölkənin 30 yaşlı televiziya jurnalisti Zororo Makambadır.

 

AYNA CNN-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Zimbabvenin İnformasiya naziri Monika Mutsvangva jurnalistin ölüm xəbərinə kədərləndiyini dilə gətirib və onun ölkədən kənarda virusa yoluxudğunu deyib.

 

“Makamba fevralın sonunda Nyu-Yorkda səfərdə olub. Ehtimala görə, yoluxma orada baş verib. Az sonra qrip simptomları ilə paytaxt Hararedakı xəstəxanaya yerləşdirilib. Covid-19 diaqnozundan sonra qısa müddətdə vəfat edib. O, xəstəxanaya gələndə tənəffüs problem yaşayırmış, artıq müalicə üçün gecikib”, - deyə nazir bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş