ABŞ koalisiyası Suriyadakı silah-sursat anbarını məhv edib

Dünya

17.10.2019 - 07:44

“F-15” markalı iki döyüş təyyarəsi döyüş sursat anbarına hava zərbəsi endirib

 

ABŞ koalisiyası Suriyadan çıxdığı zaman özlərinə məxsus sursat anbarını, eləcə də digər hərbi avadanlıqları məhv edib. 

 

AYNA xəbər verir ki, bu barədə koalisiya zabiti polkovnik Miles Keqqins Twitter səhifəsində yazıb. 

 

O qeyd edib ki, oktyabrın 16-da ABŞ-ın regionda olan bütün hərbi personalı və taktiki-texniki avadanlıqları ölkəsinə yola salındıqdan sonra “F-15” markalı iki koalisiya döyüş təyyarəsi “Lafarge” sement zavodunda yerləşdirilmiş döyüş sursat anbarına hava zərbəsi endirib. 

 

Polkovnik əlavə edib ki, məqsəd hərbi qurğuların istifadəyə yararsız hala gətirilməsindən ibarət olub və planlaşdırıldığı kimi, hava zərbəsi uğurla həyata keçirilib.

 

Qeyd edək ki, çərşənbə axşamı prezident Donald Tramp ABŞ ordusunun Suriyadakı hərbi əməliyyat bölgələrini tərk etdiyini təsdiqləyib.

 

Müəllif: Ayna.az