Bu dəfə zəlzələnin gücü 4.1 bal olub
Türkiyənin İzmir şəhərində yenidən zəlzələ olub. Bu barədə AYNA Türkiyə mətbuatına istinadən bildirir.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatında bildirilib ki, İzmirin Seferihisar bölgəsində yerli vaxtla 14:58-də 4.1 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, oktyabrın 30-da İzmirdə güclü zəlzələ baş verib. 6.6 bal gücündə baş verən zəlzələdə onlarla bina dağılıb, 100-ə yaxın insan həlak olub.