COVID-19-dan ölənlərin ümumi sayı 245-ə çatıb
İsraildə koronavirusa yoluxanların sayı 16 min 409 nəfərə çatıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.
Son sutkada ölkədə 63 yeni yoluxma, 6 ölüm hadisəsi qeydə alınıb. Bununla da, COVID-19-dan ölənlərin ümumi sayı 245-ə çatıb. İndiyədək 11 min 7 nəfər xəstə sağalıb.
Qeyd edək ki, İsraildə karantin yumşaldılıb, bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.