Ölkədə son 24 saat ərzində 138 nəfər virusun qurbanı olub
Koronavirusdan ən çox təsirlənən ölkələrdən biri olan İspaniyada hökumət son məlumatları ictimaiyyətin diqqətinə çatdırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə son 24 saat ərzində 138 nəfər virusun qurbanı olub. Bu isə bir öncəki günə nisbətən 33 faiz azalma deməkdir.
İspaniya Səhiyyə Nazirliyinin açıqlamasına görə, virusa yoluxanların sayı da 643 nəfər artaraq 230 min 183-ə yüksəlib.
Ölkədə ölüm sayı aprel ayının 2-də 950 nəfərə çatmaqla ən yüksək həddə çatmışdı.