Bu ilin sonuna qədər işsizlik sayı 24 faizə qədər yüksələ bilər
İspaniyada işsizlərin sayı may ayı ilə müqayisədə 5 min 177 nəfər artıb. AYNA xəbər verir ki, bu barədə İspaniya Əmək və Sosial Təminat Nazirliyi açıqlama verib.
İyun ayında ölkədə işsizlik ənənəvi olaraq kənd təsərrüfatından başqa bütün sektorlarda azalsa da, bunun COVID-19-un təsiri ilə dəyişdiyi və iyun ayında işsizliyin bir qədər də artdığı müşahidə edilib. Bununla da ölkədə işsizlərin ümumi sayı 3 milyon 862 min 883 nəfərə yüksəlib.
İspaniya Mərkəzi Bankının hesablamalarına görə, 2020-ci ilin sonuna qədər işsizlik sayı 24 faizə qədər yüksələ bilər.