Ölkədə işsizlik problemi pik həddə çatıb
Avropda koronavirusla vuruşan İspaniyada iqtisadi, sosial vəziyyət də günbəgün pisləyir.
AYNA xarici mediaya əsasən xəbər verir ki, İspaniyanın Covid-19 sonrası aldığı iqtisadi zərbələr arasında işsizlik problemi pik həddə çatıb.
Ölkədə 900 mindən çox insan virus səbəbindən faktiki işini itirib. Bu göstərici təkcə mart ayında qeydə alınıb ki, bu rəqəm də Avrozonada indiyə qədər olan ən yüksək statistik göstəricidir.
Xatırladaq ki, İspaniyada ölənlərin sayı 10 000 nəfəri keçib, yoluxanlar isə 110 238 nəfərdir.