“Ehtiyatlı olun, koronavirus olan yerlərdən uzaq durun”
“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı da koronavirusla bağlı özünəməxsus tədbirlərə başlayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, İŞİD müxtəlif yollarla öz dəstələrinə çağırış edib.
Bir zamanlar “hücum hazırlayın” əmrini verən təşkilat indi öz könüllülərinə “ehtiyatlı olun, koronavirus olan yerlərdən uzaq durun” şüarlarını göstərişini verib.
Son vaxtlar İŞİD-in yaydığı bəyənatlarda koronavirus mövzusu əsas yer tutur. Hətta çağırışlarda koronavirusdan qorunmaq haqqında da təlimatlar var. Bu, ABŞ mediasının əlinə keçən materiallarda öz əksini tapıb.