İrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - <font color=red> VİDEO</font>

Dünya

19.11.2020 - 15:11

Paşinyanın istefasını tələb edən 24 nəfər saxlanılıb

 

Ermənistan polisi İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən fəalların aksiyasını dağıdıb.

 

AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, aksiya iştirakçıları Paşinyan tərəfindən imzalanmış Qarabağla bağlı üçtərəfli bəyanata etiraz olaraq Paşinyanın istefasını tələb ediblər.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara arxadan yaxınlaşaraq onları küçədən təmizləyiblər. Əksəriyyəti Daşnaksütyun Partiyasının gənclərindən olan fəalların aksiyası zorakılıqla dağıdılıb. Rəsmi məlumata görə, 24 nəfər polis tərəfindən saxlanılıb.

Müəllif: Ayna.az