İranın nüvə obyektləri hər an hazır vəziyyətə gətirilə bilər

Dünya

02.01.2021 - 15:50

Yaxın günlərdə ABŞ-a məxsus bəzi obyektlərin hədəf alınacağına dair kəşfiyyat məlumatları var

 

İran İnqilab Keşikçiləri Korupusunun (SEPAH) Qüds qanadının keçmiş komandiri Qasım Süleymaninin öldürülməsinin birinci ildönümündə ABŞ və İran bir-birini təhdid edən növbəti bəyanatlar səsləndirib. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında gərginlik pik həddə çatıb və rəsmi Tehran bununla bağlı beynəlxalq aləmi məlumatlandırıb.

 

Mətbuat “New-York Times” qəzetinin yaydığı məqaləyə istinadən bildirib ki, İran hakimiyyəti Prezident kimi son günlərini keçirən Donald Tramp üçün “qırmızı xətt” sayılan və hücum planı həyata keçirməsi strateji cəhəttən qeyri-mümkün olan Fordo zavodunda uran istehsalına daha yüksək səviyyədə başlamaq barədə xəbər verib və İranın nüvə obyektlərinin hər an hazır vəziyyətə gətirilə biləcəyini bildirib.

 

Bundan əlavə, məqalədə İranın yaxın günlərdə ABŞ-a məxsus bəzi obyektləri hədəf alacağına dair kəşfiyyat məlumatları əldə edildiyi vurğulanıb.

Müəllif: Ayna.az