İranda son sutkada 2 min 472 nəfər koronavirusa yoluxub

Dünya

14.06.2020 - 23:17

Həkimlər Klinikalar SEO Xidməti

Bir gün ərzində 107 nəfər virusun qurbanı olub

 

İyunun 14-də İranda 2 min 472 nəfər koronavirusa yoluxub, 107 nəfər isə həyatını itirib. AYNa xarici mətbuata istinadən bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari məlumat verib.

 

Onun sözlərinə görə, bu günə kimi İranda 187 min 427 nəfər virusa yoluxub, 8 min 837 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 148 min 674 nəfər sağalaraq evə buraxılıb. “Hazırda intensiv terapiya şöbəsində müalicə alan 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır”, Lari qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş