İranda ölənlərin sayı sürətlə artır

Dünya

13.03.2020 - 15:55

Həkimlər Klinikalar SEO Xidməti

 Bununla da virusa yoluxanların sayı 11 326 nəfərə çatıb

 

İranda koronavirusdan ölənlərin sayı artıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Kiyabuş Cahanpur məlumat verib. 

 

Kiyanuş Cahanpurun dediyinə görə, son 24 saat ərzində ölkədə infeksiyadan daha 85 nəfər həyatını itirib. Bununla da İranda koronavirusdan ölənlərin sayı 514-ə çatıb.

 

Daha 1 289 nəfərdə isə koronavirus aşkarlanıb və bununla da virusa yoluxanların sayı 11 364 nəfərə çatıb.

 

Nazirliyin sözçüsü, həmçinin 3 529 nəfərin koronavirusdan sağaldığını vurğulayıb. 

 

İran höküməti insanlara küçələri boşaltmağı, evdə oturmağı tövsiyə edib. Artıq bu yöndə ciddi tədbirlərə başlanıb, bir neçə saat işində ictimai yerlər, məkanlar boşaldılacaq.

 

Qeyd edək ki, İranın Birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş