“Novruz tətilində olanlar dərhal evlərinə qayıtmalıdırlar”
İranda koronavirusun sürətlə yayıldığına görə, ölkə daxilində şəhərlərarası gediş-gəliş qadağan edilib. AYNA xəbər verir ki, bu barədə İranda Koronavirusla Mübarizə Mərkəzinin üzvü Hüseyn Zülfiqari açıqlama verib.
“Novruz tətilində olanlar dərhal evlərinə qayıtmalıdır. Bununla yanaşı, digər şəhərlərdə də dayanmamalıdırlar”, - deyə o bildirib.
Bundan əlavə, Zülfiqari əhalinin bir yerə toplanma qadağasının davam etdiyini, məktəblərin və universitetlərin isə bağlanma müddətinin uzadıldığını söyləyib.
Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 2077 nəfərə, yoluxanların sayı isə 27017 nəfərə yüksəlib.