Koronavirusa yoluxanların sayı sürətlə artır
İranda daha 149 nəfər koronavirusun qurbanı olub.
AYNA IRNA-ya istinadən xəbər verir ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə infeksiyadan ölənlərin sayının 1 433 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 237 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 19 644 nəfərə çatıb.
Ə.Rəisi həmçinin 6 745 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.