Son sutkada 51 nəfər vəfat edib
İranda son sutka ərzində koronavirusa yoluxmuş daha 51 nəfər ölüb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 6640 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusa 1383 yoluxma halı qeydə alınıb və indiyə kimi yoluxanların sayı 107 min 603 nəfərə çatıb.
Hazırda xəstələrdən 2675 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.