"ABŞ-ı İranın neft və digər məhsullarının satışına qoyulan maneələri dayandırmağa çağırırıq”
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı neft satışına əngəl yaratmamağa çağırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, nazir ABŞ-ın İranın neft tədarükünün qarşısını almaq istədiyini bildirib.
"Bizə sanksiya tətbiq edən Trampdan xeyriyyəçilik etməsini istəmirik. Sadəcə ABŞ-ı İranın neft və digər məhsullarının satışına qoyulan maneələri dayandırmağa çağırırıq”, - deyə zərif əlavə edib.
Qeyd edək ki, ABŞ 2018-ci ildə birtərəfli qaydada nüvə sazişindən çıxdıqdan sonra rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Məhz bundan sonra İranın neft ixracı kəskin sürətdə azalıb.