İkinci dalğa ehtimalının ən yüksək olduğu ölkələr

Dünya

27.06.2020 - 15:52

Həkimlər Klinikalar SEO Xidməti

Oksford Universiteti ikinci dalğa ehtimalının ən yüksək olduğu 10 ölkənin adını açıqlayıb


Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxma sayında artım olduğunu bildirib. Lakin dünya ölkələri iqtisadi problemlərə görə karantin qaydalarında yumşaltma edir. Bu halda ikinci dalğanın yaşana biləcəyinə dair fikirlər səslənərkən Oksford Universiteti bu istiqamətdə apardığı araşdırmanın nəticəsini açıqlayıb.


AYNA xarici mediaya istinadən xəbər verir ki, dünyanın öndə gedən universitetlərindən olan Oksford Universiteti koronavirusla mübarizə aparan ölkələr arasında ikinci dalğanın yaşanma ehtimalı ən yüksək 10 ölkənin adını açıqlayıb. 45 ölkə üzərindən aparılan araşdırmaya görə koronavirus pandemiyasında ikinci dalğanın yaşanma ehtimalı ən yüksək olan ölkələrə Almaniya başçılıq edir.  Sonrakı sıralarda Ukrayna, ABŞ, İsveçrə, Bangladeş, Fransa, İsveç, İran, İndoneziya, Səudiyyə Ərəbistanı gəlir. 


Araşdırmaya görə Almaniya, Səudiyyə Ərəbistanı və İranda yumşaltmadan sonra ikinci dalğanın hiss edildiyini deyilir. İranın may ayındakı yumşaltmadan sonra ikinci dalğaya yaxınlaşdığı bildirilib. 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş