İki nazir və iki deputat karantinə alınıb

Dünya

18.03.2020 - 11:38

Həkimlər Klinikalar SEO Xidməti

Onların koronavoirusa yoluxmuş bir nəfərlə ünsiyyətdə olduqları üçün karantinə alındıqları bildirilib

 

İsrailin Daxili İşlər naziri Aryeh Deri və Kənd Təsərrüfatı naziri Tzaçı Haneqbi koronavirus şübhəsi ilə karantinə alınıb. AYNA xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

 

Nazirlərin Merhavim şəhərində baş tutan yığıncaqda koronavoirusa yoluxmuş bir nəfərlə ünsiyyətdə olduqları üçün karantinə alındıqları bildirilib.

 

Məlumata görə, koronavirus diaqnozu qoyulmuş şəxs Merhavim şəhərinin bələdiyyə sədridir. Onunla əlaqədə olmuş digər şəxslər - millət vəkilləri Ram Ben-Barak və Alon Şusterin də karanatinə alındığı vurğulanıb.

 

Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyinin verdiyi son açıqlamaya görə, ölkədə daha 13 nəfərdə Covid-19 aşkarlanıb və xəstəliklərin ümumi sayı 337-ə yüksəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş