Türkiyə ordusu şəhid verib
Bəşşar Əsədə məxsus qüvvələrin artilleriya atəşi nəticəsində Suriyanın İdlib əyalətində 1 türk əsgəri həlak olub.
Bu barədə AYNA Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, atəş nəticəsində daha 1 türk əsgəri yaralanıb. Nazirliyin məlumatına görə, Suriya ordusunun bölgədə aşkarlanan hədəfləri dərhal intensiv atəşə tutulub və məhv edilib.