“HƏMAS-ın İsrail kəşfiyyatı ilə əlaqəsi istisna deyil” – <font color=red> PERENCİYEV</font>

Dünya

14.05.2021 - 10:21

“İsraildə gərgin daxili siyasi böhran yaşanır, Netanyahu hökuməti qura bilmir və bu ərəfədə Qəzzadan raketlər atılır... Təsadüfdür? Düşünmürəm”

 

İsrail-Fələstin münaqişəsi nəzarətdən çıxdı. Fələstinlilər Lod şəhərinə nəzarəti ələ aldılar və yerli rəhbərliyi qovdular. Ardınca, 20 dəqiqə ərzində HƏMAS İsrail şəhərlərinə doğru çox sayda raket atdı. Belə bir vəziyyətdə təbii ki, ən çox əziyyət çəkənlər hər iki tərəfdən mülki insanlardır.

 

Buna paralel olaraq, Türkiyə İsraildə baş verənlərə çox əsəbi reaksiya göstərir və vəziyyətə bir şəkildə təsir etməyə çalışır.

 

G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi elmlər və sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” təşkilatının Ekspert Şurasının üzvü Aleksandr Perenciyev AYNA-ya müsahibəsində Yaxın Şərqdəki vəziyyəti təhlil edib.

Aleksandr Perenciyev: Gəncə şəhərinin atəşə tutulması qisasdır və bu,  erməni tərəfinin əsəblərinin dözmədiyini göstərir - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

- Rusiya İsraildəki mövcud vəziyyəti necə qiymətləndirir? Münaqişə nə qədər böyüyə və regional ola bilər?

 

- Rusiya İsraildəki daxili siyasi böhran və Qəzza zolağından İsrailə raket zərbələrinin endirilməsi ilə bağlı hadisələrin vaxtındakı təsadüflərə diqqət çəkir. Bu il mayın 5-də Netanyahu İsrail hökumətini qurma hüququnu itirdi. Eyni zamanda İsraildəki daxili siyasi böhran uzunmüddətli xarakter daşıyır. Sabit hökumətin qurulmaması son iki ildə ardıcıl dörd parlament seçkilərinə səbəb oldu. Və 10 maydan bu günə qədər İsrail ərazisinə intensiv raket hücumu həyata keçirilir. Bir tanınmış rusiyalı televiziya aparıcısının dediyi kimi: “Təsadüf? Düşünmürəm!”

 

Bu səbəbdən İsraildəki daxili siyasi böhranla ərazisinə raket zərbələri arasında birbaşa əlaqənin olduğuna inanırıq. Diqqətinizi çəkmək istərdim ki, HƏMAS terror təşkilatı 1987-ci ilin sonunda, o dövrdə sosializm ideallarını rəhbər tutan FƏTH kimi Fələstin hərəkatına qarşı bir quruluş olaraq yaradıldı. HƏMAS-ın İsrail xüsusi xidmət orqanları ilə əlaqələri və bağlı şübhələri artıran bu həqiqətdir. Bu səbəbdən İsrail ilə HƏMAS-ın hakim olduğu Qəzza zolağı olaraq bilinən Fələstin ərazisi arasındakı mövcud qarşıdurmanın səbəbləri İsrail daxilindəki siyasi böhranda axtarılmalıdır. Bu səbəbdən bu münaqişə regional bir xarakter qazana bilməz.

 

- Ərdoğanla Putin arasındakı telefon danışığında Türkiyə lideri Rusiyanın İsrail ərazisinə bir sülhməramlı missiya göndərməsini təklif etdi. Belə bir ssenari inkişafı nə dərəcədə mümkündür?

 

- Yuxarıda səsləndirdiyim fərziyyələrə və nəticələrə əsasən heç bir sülhməramlı fəaliyyətə ehtiyac yoxdur. Sülhməramlılardan “günah keçiləri” (bağışlayın, ancaq mövqeyimi ifadə etmək üçün daha yumşaq bir ifadə tapa bilmədim) düzəltməyə də ehtiyac yoxdur. Əminəm ki, İsrail bu vəziyyətin öhdəsindən təkbaşına gələ bilər və vəziyyəti dinc nəticələrə gətirə bilər. Yeri gəlmişkən, İsrail rəhbərliyinin bu məsələdə böyük təcrübəsi və Rusiyada bizim inandığımız kimi, mənbələri də var.

 

- İranın bu münaqişəyə müdaxilə etməsini gözləyirsinizmi?

 

- Xeyr, gözləmirəm. İranın HƏMAS tərəfində bu qarşıdurmaya müdaxilə etməsinin heç bir mənası yoxdur. Rəsmi Tehranın bölgədəki mövqelərini gücləndirmək üçün, İsrailin mövqelərinin bir qədər zəiflədiyi zamandakı mövcud vəziyyətdən istifadə etməsi daha məntiqli olardı. Ancaq özünə çox da diqqət çəkmədən!

Müəllif: Nicat Hacıyev