Rəsmi Tehran Vaşinqtonla danışıqların bərpası şərtini açıqlayıb

Dünya

01.07.2025 - 12:56

cedabet dərman SEO Xidməti

Abbas Əraqçi: “İran ABŞ-ın təcavüz etməmək zəmanətindən sonra danışıqları bərpa edəcək”

“Vaşinqton danışıqlar zamanı İrana təcavüz etməyəcəyinə zəmanət verdikdən sonra İran ABŞ-la danışıqları bərpa edəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri “CBS News” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Amerikalılar danışıqlar zamanı bir daha hücum etməyəcəklərinə zəmanət verərsə, danışıqların bərpası barədə qərar qəbul edəcəyik", - XİN rəhbəri qeyd edib.

Əraqçinin sözlərinə görə, danışıqlar prosesinin sürətlə bərpa olunacağı ehtimalı yoxdur. Nazir qeyd edib ki, Tehran və Vaşinqton arasındakı fikir ayrılıqlarında “diplomatik həll üçün həmişə yer olacaq”.

XİN başçısı əlavə edib ki, bombardmanların köməyi ilə elmi bilikləri və uranın zənginləşdirilməsi texnologiyalarını məhv etmək mümkün deyil və buna görə də İran bu sahədə itirdiklərini bərpa edə biləcək.

Bundan əvvəl xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib ki, Tehran ABŞ-ın İranla danışıqları bərpa etmək istəyi barədə vasitəçilər vasitəsilə məlumat alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş