Görüş AKP-nin mərkəzi qərargahında mətbuat üçün qapalı rejimdə keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 1-də Ankarada Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşüb. AYNA.AZ xəbər verir ki, görüş Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında mətbuat üçün qapalı rejimdə keçirilib.
Bundan əvvəl çərşənbə axşamı günü Tatarıstan rəhbəri Türkiyənin Ticarət Nazirliyində olub və burada iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edib.