Zelenski İlham Əliyevə zəng edib

Xəbərlər

01.07.2025 - 21:58

cedabet dərman SEO Xidməti

"Səfərov qardaşlarının öldürülməsi ilə bağlı başsağlığı verdim"

İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident Volodimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına təşəkkür edib.

Telefon söhbəti əsnasında ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib.

Ukrayna Prezidenti, eyni zamanda, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.


AzPost.info
Baş Yazı
Zelenski İlham Əliyevlə telefonla danışdı –"Səfərov qardaşlarının öldürülməsi ilə bağlı başsağlığı verdim"
01 İyul 2025 - 18:56

İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident Volodimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına təşəkkür edib.

Telefon söhbəti əsnasında ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib.

Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski də bi barədə sosial səhifədə paylaşımında yazıb.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım və ona Ukraynaya, xalqımıza, ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə təşəkkür etdim. Mən həmçinin Rusiyanın Azərbaycan vətəndaşlarına qarşı qəddar davrandığı bir şəraitdə Ukraynanın açıq dəstəyini ifadə etdim”.

Zelenski həmçinin Səfərov qardaşlarının Rusiya ərazisində öldürülməsi ilə bağlı Azərbaycana başsağlığı verib: “Əminəm ki, bütün faktlar aydınlaşacaq və ədalət öz yerini tapmalıdır.
Prezident Əliyevlə mən eyni fikirdəyik – hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır”.

Ukrayna prezidenti bildirib ki, ikitərəfli əlaqələri, o cümlədən enerji və humanitar əməkdaşlığı da müzakirə ediblər: “Biz İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın keçirilməsi barədə razılığa gəldik. Dövlət məmurlarımız işlərini gücləndirəcəklər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş