Kim Çen In Ukraynada ölən Şimali Koreya əsgərlərini yad edib

Dünya

01.07.2025 - 14:02

cedabet dərman SEO Xidməti

Kim Çen Inın əlini Şimali Koreya bayrağı ilə örtülmüş tabutun üzərinə qoyması fotoları tədbir zamanı ekranda nümayiş olunub

Şimali Koreya lideri Kim Çen In Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərini yad edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Kim Çen Inın əlini Şimali Koreya bayrağı ilə örtülmüş tabutun üzərinə qoyması fotoları Şimali Koreya ilə Rusiya arasında hərbi müqavilənin birinci ildönümünün təntənəli qeyd olunması tədbiri zamanı ekranda nümayiş olunub.

Qeyd olunub ki, tədbir Şərqi Pxenyanın Böyük Teatrında baş verib. Tədbirdə Şimali Koreya və Rusiya sənətçiləri çıxış ediblər.

"Kim həlak olan əsgərlərlə bağlı videroçarxı izləyib. Görüntülərdən birində Rusiyanın Kursk vilayətində döyüş meydanında tapılan Şimali Koreya əsgərinə aid olduğu güman edilən qana bulaşmış dəftərin səhifələri əks olunub", - məlumatda vurğulanıb.

“Yonhap”ın xəbərinə görə, dəftərdə bu sözlər yazılıb: “Nəhayət, həlledici məqam yetişdi” və “Sevimli Ali Baş Komandanımızın bizə bəxş etdiyi sonsuz sevgi və etimadla bu müqəddəs döyüşdə cəsarətlə mübarizə aparırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş