Şübhəlilərin həbsindən əlavə, külli miqdarda maddi-texniki avadanlıqlar ələ keçirilib
Türkiyədə son iki həftədə FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən 156 nəfər həbs edilib.
AYNA.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.
Nazir qeyd edib ki, həbs əməliyyatları 30 əyalətdə həyata keçirilib. Nəticədə şübhəlilərin həbsindən əlavə, külli miqdarda maddi-texniki avadanlıqlar ələ keçirilib.