Rusiya FTX-sının qətlə yetirdiyi qardaşlar Ağcabədidə torpağa tapşırılıblar
Yekaterinburqda Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları tərəfindən vəhşicəsinə döyülərək öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə Ağcabədidə vida mərasimi keçirilib.
AYNA.AZ xəbər verir ki, vida mərasimində mərhumların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səfərov qardaşları valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.




