On bir sentyabr hadisəsi ilə bağlı məhkəmə olacaq - <font color=red> 5 nəfər edam edilə bilər</font>

Dünya

31.08.2019 - 20:04

20 il sonra ilk dəfə hakim qarşısına çıxarılacaq

 

ABŞ-da 11 sentyabr terrorunun səbəbkarı olmaqda günahlandırılan Xalid Şeyx Məhəmməd, hadisədən 20 il sonra məhkəmə prosesində iştirak edəcək. AYNA xarici mətbuata istinadən xəbər verir ki, "Quantanamo" həbsxanasında cəza çəkən Məhəmməd və digər 4 məhkum 2021-ci ilin 11 sentyabrında məhkəməyə aparılacaq. 

 

Sözügedən 5 nəfər "müharibə cinayətləri", "terrorçuluq" və üç minə yaxın cinayat işində iştirak etməkdə ittiham olunacaq. 

 

Əgər müttəhimlərin cinayətləri sübuta yetirilsə, 5-i də edam cəzasına məhkum olunacaq. 

 

Qeyd edək ki, 11 sentyabr hadisəsi 2001-ci ildə Nyu-york, Vaşinqton və Pensilvaniyada baş vermişdir. Cinayətdən sonra "Quantanamo" həbsxanasında məhkumluq həyatı yaşayanlar, 20 il sonra ilk dəfə hakim qarşısına çıxarılacaq. 

Müəllif: Ayna.az