Azərbaycanda daha 7 nəqliyyat vasitəsi özəlləşdirilib

Xəbərlər

01.07.2025 - 20:48

cedabet dərman SEO Xidməti

Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 46 sifariş qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi satılıb. AYNA.AZ-a qurumdan bildirilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 46 sifariş qəbul edilib. Bunlardan 15-i onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 8 400 manat olan “Honda Accord” markalı avtomobil 10 884 manata, 8 900 manat olan “Hyundai Elantra” markalı avtomobil isə 10 000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə link vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 8, 15, 22 və 29 iyulda keçiriləcək. Hərraclara müxtəlif markalı nəqliyyat vasitələri çıxarıacaq.

Satışa çıxarılan əmlakların siyahısı ilə link vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş