Diplomat jurnalistlərə heç bir açıqlama verməyib
Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev nazirliyin Smolenskaya meydanındakı binasına gedib. AYNA.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Diplomat jurnalistlərə heç bir açıqlama verməyib.
Bir saatdan sonra isə səfir XİN-in binasını tərk edib.
Rusiya Xarici İşlər Nazirliyi bir gün əvvəl bildirmişdi ki, Mustafayev “Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə əlaqədar” çağırılıb.