Kaliniçenko: “Laborator analizlər onun səhhəti barədə praktik olaraq tam diaqnoz qoymağa əsas verir”
Omsk şəhər 1 nömərli xəstənanasında baş həkimin müavini olan Anatoli Kaliniçenko Aleksey Navalnının səhhəti barədə danışıb. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim siyasətçinin zəhərlənmədiyini bildirib.
“Klinik müşahidələr, laborator analizlər onun səhhəti barədə praktik olaraq tam diaqnoz qoymağa əsas verir. Pasient zəhərlənməyib”, - deyə həkim qeyd edib.