Mismari öz "Facebook" hesabında məlumatı təsdiqləyib
Liviyanın şərqində general Haftara bağlı qeyri-qanuni fəaliyyət göstərən silahlı qüvvələrin sözcüsü Əhməd əl-Mismarinin karantinə alındığı bildirilib.
AYNA xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" televiziyası məlumat yayıb.
Mismari öz "Facebook" hesabında məlumatı təsdiqləyib. Misirə səfər çərçivəsində onu müşayət edən heyətlə iki həftə karantində qalacağını bildirən Mismari bu müddət ərzində Liviyadakı prosesləri nəzarətdə saxlayacağını və ehtiyac olacağı təqdirdə videomüraciət edəcəyini bildirib.