Finlər doqquz namizəd arasından seçim edəcəklər
Finlandiyada prezident seçkiləri keçirilir. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) ölkə üzrə 900-dən çox seçki məntəqəsi açılıb.
Vətəndaşlar saat 20:00-dək səsvermədə iştirak edə biləcəklər. Seçki məntəqələri bağlandıqdan dərhal sonra Finlandiya Ədliyyə Nazirliyi seçkilərin ilkin nəticələrini dərc edəcək.
Finlər doqquz namizəd arasından seçim edəcəklər. Rəy sorğularına görə, əsas mübarizə parlament üzvü, sabiq xarici işlər naziri Pekka Haavisto ilə hökumətin keçmiş rəhbəri professor Aleksandr Stubb arasında gedəcək.