Stere: “Putinlə söhbət Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu göstərir”
“Rusiya Prezidenti Vladimir Putinin Finlandiya Prezidenti və Norveç Baş naziri ilə söhbəti Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu göstərir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Norveç Baş naziri Yonas Qar Styore "Politico"ya verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Rusiya lideri Əbu- Dabidə danışıqlar ideyasını ciddiyə almış və Şimali Avropa nümayəndələrinə irəliləyişin mümkün olub-olmadığını müəyyən etmək üçün rusiyalı danışıqçılara görüşə hazırlaşmaq tapşırığını verəcəyini bildirib.
Styore deyib: "Onun telefonu götürməsi və bizim başqa ünsiyyət qurma yollarımızın olması, düşünürəm ki, ən azı danışıqlar masasına oturmaq istəyini göstərir".