Tramp Netanyahuya müraciət edib

Dünya

09.11.2026 - 15:35

ABŞ Prezidenti seçkilərdən sonra Netanyahudan Qəzza sülh planını sürətləndirməsini istəyib

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı ondan Qəzza sülh planını irəli aparmağı istəyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Söhbət cümə axşamı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. Nəşrin mənbələrinə görə, Ağ Ev Netanyahudan radikal islamçı HƏMAS qruplaşmasının tərksilah edilməsini və anklavın silahsızlaşdırılmasını, eləcə də Qəzzanın idarəçiliyinin yeni Fələstin texnokratik hökumətinə verilməsini nəzərdə tutan planın həyata keçirilməsi üçün konkret addımlar atmasını istəyir.

Yol xəritəsinin icrası 27 oktyabrda İsraildə keçirilən seçkilər səbəbindən bir neçə ay təxirə salınmışdı. ABŞ administrasiyası seçki kampaniyası zamanı planın siyasi cəhətdən partlayıcı bir məsələyə çevrilməsini istəmirdi.

“Axios”un yazdığına görə, indi Amerika lideri Netanyahunun və ya rəqiblərinin yeni hökumət qurmasından asılı olmayaraq irəliləmək niyyətindədir.

Təfərrüatlarla tanış olan mənbə söhbəti konstruktiv adlandırıb. Qəzzadakı vəziyyətdən əlavə, tərəflər İranla müharibəni də müzakirə ediblər. Söhbətdə dövlət katibi Marko Rubio, Prezidentin müşaviri Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoff da iştirak edib.

Noyabrın 7-də İsrail Prezidenti İsaak Hersoq birləşmiş müxalifətin lideri və “Yaşar” Partiyasının rəhbəri Qadi Eyzenkota hökumət qurmağı tapşırıb. Daha sonra ABŞ Prezident Administrasiyasının Eyzenkotla əlaqə saxladığı və Netanyahunun Baş nazir vəzifəsinə qayıtmasının qarşısını almaq üçün onu mümkün qədər tez yeni hökumət qurmağa çağırdığı barədə məlumatlar yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş