AK prezidenti Ukrayna lideri ilə Əbu-Dabidə atəşkəs və danışıqları müzakirə edib
Avropa Komissiyasının ( AK) prezidenti Ursula fon der Leyen Rumıniya və Bolqarıstana səfərindən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, söhbət zamanı tərəflər Qara dəniz bölgəsindəki təhlükəsizlik vəziyyətini, atəşkəsi və Əbu-Dabidə keçiriləcək qarşıdan gələn danışıqları müzakirə ediblər.
Leyen Qara dənizdə naviqasiya azadlığının bərpası və qorunmasının vacibliyini vurğulayıb və Zelenskinin ərzaq və enerji infrastrukturu ilə bağlı atəşkəs çağırışını dəstəklədiyini bir daha təsdiqləyib.
Bəyanatda deyilir: "Biz həmçinin sülhə nail olmaq üçün davam edən səyləri və bu həftə Əbu-Dabidə keçiriləcək danışıqları müzakirə etdik. Burada Aİ tərəfdaşlarımızla birlikdə təmsil olunacaq".
Leyen həmçinin sülhə doğru atılacaq gələcək addımları müzakirə etmək üçün bu həftənin sonlarında Dublində Zelenski ilə görüşmək niyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, 12 noyabrda Dublində Avropa Siyasi Birliyinin iclası, 13 noyabrda isə qeyri-rəsmi Aİ sammiti keçiriləcək.
Noyabrın 5-də Leyen sülh danışıqlarını güc mövqeyindən aparmaq üçün Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin vacibliyini bildirib.