Fil Dişi Sahilində sel 5 nəfərin həyatına son qoyub

Dünya

26.06.2020 - 16:28

Daşqın nəticəsində yüzlərlə insanın evsiz qaldığı bildirilir

 

Fil Dişi Sahilində sel nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kot-d İvarın paytaxtı Abidjanda baş verib.

 

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, güclü yağışın səbəb olduğu sel nəticəsində 5 nəfərin öldüyü və 1 nəfərin isə itkin düşdüyü bildirilib.

 

Daşqın nəticəsində yüzlərlə insanın evsiz qaldığı, infrastruktura böyük ziyan dəydiyi vurğulanıb. Digər tərəfdən, evlərində ilişib qalan vətəndaşları xilas etmək üçün səylərin davam etdiyi qeyd olunub.

Müəllif: Ayna.az