Ermənistanda Nikola etiraz: “Paşinyan cəmiyyətin etimadını itirib”

Dünya

21.06.2020 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

Vanetsyan: “Cəmiyyətin real gözləntilərini Paşinyan hakimiyyəti yerə vurdu”

 

Ermənistanın “Hayrenik" Partiyasının sədri Artur Vanetsyan Baş Nazir Nikol Paşinyanı sərt tənqid edib. AYNA erməni mətbuatına istinadən bildirir ki, Vanetsyan hakimiyyət dəyişikliyi üçün yeni “Yol xəritəsi”nin olduğunu açıqlayıb.

 

O bildirib ki, hakimiyyətə gəlmək nəticə deyil, əsas dövlətin və cəmiyyətin maraqlarını təmin etməkdir: “Mövcud hakimiyyət aydın fikirli insanların, cəmiyyətin etimadını itirib. Cəmiyyətin real gözləntilərini Paşinyan hakimiyyəti yerə vurdu. Müxalifətçilərə qarşı təqib və nümayişkaranə zorakılıq faydasızdır. Cəmiyyətin etimadını itirən hakimiyyət ölkənin daha çox zərər görməməsi üçün istefaya getməlidir”.

 

“Biz təhlükəsiz, sabitlik, tərəqqi əsasında, qanun və demokratiyanın olduğu bir ölkə qurmalıyıq”, - deyə partiya sədri deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş