Koronavirus daha bir yüksək vəzifəli şəxsin həyatına son qoyub
Əfqanıstan Prezidenti Əşrəf Qaninin iqtisadiyyat, ticarətin inkişafı və yoxsulluğun azaldılması üzrə xüsusi nümayəndəsi Məhəmməd Yusif Qəzənfər koronavirusdan həyatını itirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Prezidentin köməkçisi bir neçə gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, əslən özbək türklərindən olan və 2019-cu il prezident seçkilərində Əşrəf Qanini dəstəkləyən Məhəmməd Qəzənfər əvvəllər millət vəkili olaraq fəaliyyət göstərib.