Dünyada koronavirusla bağlı son vəziyyət

Dünya

27.06.2020 - 00:36

ÜST: Dünyada koronavirusa daha 177 min yoluxma aşkarlanıb

 

Dünyada COVID-19 xəstələrinin ümumi sayı 9,4 milyon nəfəri ötüb.

 

AYNA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Təşkilatın məlumatına görə, dünyada ötən gün ərzində COVID-a 177 min yeni yoluxma aşkarlanıb.

 

Bildirilir ki, son sutkada daha 5 116 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, dünyada koronavirusdan ölən pasiyentlərin ümumi sayı 484 249 nəfər təşkil edib.

 

ÜST-ün məlumatına görə, epidemiyanın başlanğıcından koronavirusa yoluxanların sayı 9 473 214 nəfərə çatıb.

Müəllif: Ayna.az