Dünyada COVID-19-a yoluxanların sayı 10 milyona yaxınlaşır

Dünya

26.06.2020 - 13:06

3 milyon 973 min 298 nəfər aktiv xəstənin də müalicəsi davam edir

 

Dünya miqyasında koronavirusa yoluxanların sayı 9 milyon 716 mini keçib. AYNA xəbər verir ki, bu barədə “Worldmeter” saytı məlumat verib.

 

Məlumata görə, COVID-19-a yoluxanların artmasıyla yanaşı, ölənlərin sayı da artaraq 491 min 901 nəfərə çatıb. 5 milyon 251 min 625 nəfər isə bu günə qədər virusdan sağala bilib.

 

Bununla bərabər, 3 milyon 973 min 298 nəfər aktiv xəstənin də müalicəsi davam edir. 

Müəllif: Ayna.az