Dünya dövlətləri borc üçün BVF-in qapısında növbəyə dayanıb

Dünya

24.03.2020 - 11:38

Həkimlər Klinikalar SEO Xidməti

“Bir çox ölkələrə təcili yardımların edilməsi üçün 1 trilyon dollarlıq kredit paketləri hazırdır”

 

Koronavirus bəlası dünya ölkələrini hazırlıqsız yaxaladığından vəziyyət gərgin olaraq qalır. Bir çox ölkələr Covid-19 ilə mübarizədə aciz qalıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, artıq 80-dən çox ölkə yaşadığı maddi böhranla bağlı Beynəlxalq Valyuta Fondunun (BVF) qapısına dayanıb. Bununla 2020-ci il qlobal iqtisadiyatının çöküşü ili kimi tarixə düşəcək.

 

BVF prezidenti Kristalina Georgiyeva bildirib ki, indi dünya ölkələri 2008-ci ildəki iqtisadi böhrandan daha pis vəziyyəti yaşayır: “Artıq virusla mübarizədə öz imkanları yetməyən 80 ölkə maddi dəstək üçün Fonda müraciət edib. Bir çox dövlətlərin yardımla bağlı müraciətlərinə cavab verilib. Venesuela kimi virusdan çox da təsirlənməyən ölkələrin müraciətləri rədd edilib”.

 

“Bir çox dövlətlərə təcili yardımların edilməsi üçün 1 trilyon dollarlıq kredit paketləri hazırdır. Müvafiq ölkələrin mərkəzi bankları ilə danışıqlar gedir, yaxın zamanda pul köçürmələrinə start veriləcək”, - deyə Fond rəhbəri vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş