Daha bir ölkədə koronavirusdan ilk ölüm faktı

Dünya

18.03.2020 - 15:40

Həkimlər Klinikalar SEO Xidməti

Qadının İtaliyadan qayıtdığını və diabet xəstəsi olduğu açıqlanıb

 

Moldovada koronavirusdan ilk ölüm faktı qeydə alınıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, virusdan ölən şəxsin 61 yaşlı qadın olduğu bildirilib.

 

Moldovanın Səhiyyə naziri Viorika Dumbrevyanu qadının İtaliyadan qayıtdığını və diabet xəstəsi olduğunu açıqlayıb.

 

Qeyd edək ki, Moldovada bu günə qədər 30 nəfərdə koronavirus aşkarlanıb. Moldova Parlamenti mayın 15-dək ölkədə fövqəladə vəziyyət elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş