Covid-19 təkcə 65 yaşdan yuxarı insanlar üçün təhlükəlidir?

Maraqlı

23.03.2020 - 22:59

Həkimlər Klinikalar SEO Xidməti

Yaşlılar sanki yarışa giribmiş kim hərəkət edərək ölüm statistikaları və yayılmaları artırmaqla məşğuldurlar


Koronavirusun 65 yaşdan yuxarı insanlar arasında yayılması və ən çox onları öldürməsi, bunun da virusun xarakteri ilə bağlı olması haqqında fikirlər formalaşıb. Bu fikirlər nə dərəcədə doğrudur?


Koronavirus iqtisadiyyatda (iqtisadiyyat məsələsi daha geniş mövzudur) və cəmiyyətdə bir çox məsələləri, doğru bilinən səhvləri və səhv bilinən doğruları üzə çıxardı. Bunlar hissə-hissə təhlil olunacaq, yazılacaq. Konkret olaraq, koronavirusun yaşla bağlı insanlar arasında seçim etməsi fikri nə dərəcədə doğrudur məsələsini təhlil edək.


Əvvəla, bu virus doğrudanda daha çox 65+ insanlar arasında yayıldı. Səbəb nədir?

 

Bir neçə çox sadə səbəbləri vardır. Əvvəla, küçədə ən çox vaxt keçirən, hökumətlərin tədbirlərinə riayət etmək istəməyən, bütün günü parklarda 2-2, 3-3, 5-5 gəzən, kafelərdə, çayxanalarda, skamyalarda oturanlar təqaüdçülərdir. Deməli, virusa tutulma riski daha çoxdur. Gənclər daha mütəhərrikdir, az otururlar, çox gəzirlər. İkincisi, 65+ insanların həqiqətən immun sistemləri daha zəifdir. Üçüncüsü, 65+ insanların müxtəlif orqanlarında daha çox xəstəliklər vardır ki, bunun da nəticəsində həmin yaşdan olan şəxslərin orqanizmləri virusla mübarizə apara bilmir.

 

Bu 3 əsas səbəbdən son 2 səbəb haqqında çox danışılıb, yenilik deyil. Nəticə budur ki, virusun xüsusi yaş seçiciliyi yoxdur, yaşlılar öz davranışları, intizamsızlıqları, vəziyyəti anlamamaqları səbəblərindən özləri virusu axtarıb tapmağa daha meyllidirlər. Bu yaşlılar virusu digər ailə üzvlərinə keçirməzdən öncə öz həmyaşıdları arasında daha sürətlə yayırlar. Elə Avropada virusun bu qədər çox və sürətlə yayılmasının əsas səbəblərindən biri yaşlıların özləridir. Məhz bu məsələ dərk olunmalıdır ki, mövcud vəziyyətdə yaşlılar qurbandan daha çox virusun yayılma günahkarlarına çevrilirlər.

 

Yeri gəlmişkən, eyni vəziyyət Türkiyədə də müşahidə olunur. Nəticə etibarilə, İtaliya qərar qəbul edib ki, 65+ yaşlılar süni nəfəs aparatına qoşulmayacaq, intensiv müalicə isə 65 yaşa qədər şəxslər arasında aparılacaq. İtaliyanın müxtəlif rəsmi şəxsləri karantin rejimini pozan şəxslərə, xüsusilə yaşlılara qarşı öz hiddətlərini çıxışlarında gizlətməyə də çalışmırlar.

 

Qısaca desək, koronavirus 65+ yaşında şəxsləri axtarıb tapmır, 65+ yaşlı şəxslər indiyə qədər küçələrdə koronavirusu tapmağa çalışıblar. Nəticə isə üzücüdür.


Təəssüf ki, həkim və tibb bacıları da daxil olmaqla dünyada bu virusdan ölənlər arasında çoxlu sayda orta yaşlı və gənc insanlar da vardır. Sadəcə, yaşlılar sanki yarışa giribmiş kim hərəkət edərək ölüm statistikaları və yayılmaları artırmaqla məşğuldurlar. Təəssüf.


Panikaya qapılmaq və ya qorxmaq lazım deyil. Qeyd etdiyim kimi, hər bir dövlətdə hökumətin müəyyən etdiyi qaydalara riayət edilərək pozitiv əhvalı saxlamaq, intizamlı olmaq, özünə, ailənə və ətrafına qarşı sosial məsuliyyəti dərk etməklə həm özümüzü, həm də ətrafımızı qoruya bilərik.


İntizam məsələsinə gəlincə. Əhali sayına nisbətdə Avropada ən az ölüm zənnimcə Almaniyada olacaq. Orada miqrantların da sayının çox olmasına baxmayaraq. Çünki, miqrantlar da yaşadığı ölkədə vətəndaşlarının hərəkətlərinə uyğun hərəkət etməyə məcbur olurlar. Vətəndaşlar intizamlı isə intizamlıdırlar, deyilsə, onlar da eyni intizamsızlığı nümayiş etdirərlər.

 

Elman Sadiqov, iqtisadçı-ekspert

Müəllif: Ayna.az