Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Suraxanı rayonunun Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə təmir işləri aparılır. AAYDA-dan AYNA.AZ-a bildirilib ki, sözügedən küçənin uzunluğu 600 metr təşkil edir.
Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.