Litvada NATO təlimləri keçiriləcək

Dünya

02.05.2025 - 17:19

Həkimlər Klinikalar SEO Xidməti

Helikopterlər Litva ərazisi və sərhədyanı ərazilər üzərində aşağı hündürlükdə uçacaq

NATO-nun “Griffin Lightning” beynəlxalq hərbi təlimi çərçivəsində müttəfiqlərin helikopterləri Litva ərazisi, o cümlədən sərhədyanı ərazilər üzərində aşağı hündürlükdə uçacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 3-dən 23-dək Litvada “Griffin Lightning 2025” beynəlxalq hərbi təlimləri keçiriləcək. Litva sakinləri üçün bu təlimlərin ən çox görünən hissəsi bu şənbə günü başlayacaq – alman hərbi helikopterlərinin Litvanın hava məkanında gündüz və gecə uçuşlarına başlanacaq”, - deyə məlumatda qeyd olunub.

Müdafiə Nazirliyinin məlumatına görə, Almaniyanın 30-a yaxın hərbi helikopteri ölkəyə yerləşdiriləcək: TIGER hücum helikopterləri, NH90 nəqliyyat helikopterləri, CH-53 ağır nəqliyyat helikopterləri və EC135 yüngül çoxməqsədli helikopterlər.

Bəzi uçuşlar son dərəcə aşağı hündürlüklərdə - 150 metrə qədər planlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş