Mayın 7-də 133 kardinalın konklavı başlayacaq
Mayın 2-də, konklavdan beş gün əvvəl Vatikan yanğınsöndürənləri XV əsrə aid Sikstin kapellasının damında simvolik dar baca quraşdırıblar. Bu baca vasitəsilə dünya katolik kilsəsinin yeni liderinin seçilib-seçilmədiyini tüstünün rəngindən biləcək.
Mayın 7-də 133 kardinalın konklavı başlayacaq. Hər səsvermədən sonra bülletenlər yandırılır, onlara rəng vermək üçün oda xüsusi maddələr əlavə edilir. AYNA.AZ “Dw.com”a istinadən xəbər verir ki, qara tüstü heç bir qərarın verilməməsi, ağ tüstü isə 267-ci Papanın seçildiyi anlamına gələcək.
Boru minlərlə insanın toplaşacağı Müqəddəs Pyotr meydanından aydın görünür. Papa seçmək üçün üçdə iki səs çoxluğu tələb olunur. 2005 və 2013-cü illərdəki son iki konklav səsvermənin ikinci gününün sonunda başa çatıb.