“İsrailin hərəkətləri Suriya dövlətçiliyinə və suverenliyinə qarşı təhlükəli eskalasiyadır”
Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraanın ofisi Dəməşqdəki Prezident Sarayının yaxınlığına İsrail ordusunun hava hücumunu şərh edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, əl-Şaraanın ofisi İsrailin hərəkətlərini “Suriya dövlətçiliyinə və suverenliyinə qarşı təhlükəli eskalasiya” adlandırıb.
"İsrailin hücumları Suriyanın birliyini pozmaq məqsədi daşıyır. Hakimiyyət dövlətin təhlükəsizliyinə hər hansı təhlükənin qarşısını almaq üçün tədbirlər görəcək", - bəyanatda qeyd olunub.
Əl-Şaraa beynəlxalq ictimaiyyəti və ərəb ölkələrini Suriyaya “təcavüzə qarşı müqavimət”də dəstəkləməyə çağırıb.